Bazar ertəsi , Fevral 9 2026
azfa

Azərbaycanlı milli fəalların etirazından sobnra rejim onların mobil telefonlarını qaytardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə Babək qalasından qayıdan zaman həbs edilən və şəxsi əşyaları müsadirə olunan azərbaycanlı milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəşti sentyabrın 29-da Kəleybərdə rejimin prokurorluğu qarşısında oturaq aksiya keçiriblər.

Azərbaycanlı fəallar bundan əvvəl də xəbərdarlıq etdikləri kimi mobil telefonlarının geri qaytarılmamasına etiraz olaraq oturaq aksiya keçirmişdilər.

Etirazdan 5 saatdan sonra fəalların etirazı nəticə verib və Kəleybərdə rejimin  prokurorluğu onların müsadirə olunmuş mobil telefonlarını özlərinə qaytarıb.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər, onlara məxsus şəxsi əşyalar, o cümlədə mobil telefonlar müsadirə olunub.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst buraxılıblar.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …