Azərbaycanlı milli məhbus fəallara dəstək kampaniyası başladılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Yürüş Mehrəlibəyli video paylaşaraq Güney Azərbaycanın milli məhbuslarının açıq şəkildə mühakimə olunmaları tələbi ilə kampaniya başlamağa çağırış edib

Bunun davamında isə bir sıra fəallar dəstək videosu paylaşıb.

Milli fəallar, mədəniyyət xadimləri və hüquq müdafiəçiliəri məsələ ilə bağlı videolar paylaşıblar.

Onlar həbsdə olan milli-mədəni fəalların şərlənərək saxta ittihamlarla həbs edildiklərini bildiriblər.

Müdafiə kampaniyasına qoşulanlar bütün siyasi və milli məhbusların məhkəmə iclaslarının açıq keçirilməsi tələbini dəstəkləyiblər.

Qeyd edək ki, cənab Mehrəlibəyli özü də Azərbaycanın keçmiş siyasi məhbuslarından biri olub, Azərbaycan türk millətinin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə həbsdə olub və hazırda vəsiqə ilə Təbriz zindanından müvəqqəti azad edilib.

video:

https://t.me/GADTB1/35007

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …