Cümə axşamı , Oktyabr 3 2024
azfa

Azərbaycanlı öyrənci Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetinin tələbəsi, tələbə hərəkatı fəalı 21 yaşlı Ehsan Fəridi Təbriz həbsxanasında qeyri-müəyyən şərayitdə həbsdə saxlanılır.

62 gündür həbsdə olan gənc tələbənin avqustun 3-də Təbriz İnqilab Məhkəməsində ilk iclası keçirilib, ancaq ikinci iclasın tarixi hələ də təyin edilməyib.

Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi 21 yaşlı Ehsan Fəridi martın 8-də həbs olunub, daha sonra martın 18-də zaminə buraxılıb. Daha sonra Ehsan Fəridi mayın 19-da Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …