GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı sənətçi və xanım fəal Fatimə Dadaşzadəni ETTELAAT İdarəsinə çağırıb.
Rəssam Fatimə Dadaşzadə bazar ertəsi günü azərbaycanlı qadınlarla birgə Urmiya gölünün qurumasına etiraz olaraq Təbrizdə Şərqi Azərbaycan Valiliyi qarşısında etiraz toplantısı keçirib. Onun və başqa xanım fəalların bununla bağlı rejimin təzyiqləri ilə qarşılaşdığı güman edilir.