Şənbə , İyul 18 2026
azfa

Azərbaycanlı sənətçinin əsərləri İsveçrədə sərgilənib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan azərbaycanlı rəssam və fəal Mustafa Pərvinin rəsm əsərləri fransız sənətçi Dr.Jek Perger tərəfindən İsveçrədə “Mənim Cəsarətim” sərgisində nümayiş etdirilib.

Dr.Perger Mustafa Pərvinin əsərlərini təqdim edərək deyib: “İrana ikinci səfərimdə ifadə azadlığı uğrunda mübarizə aparan rəssam və sənətkar Mustafa Pərvinlə görüşmək şansım oldu. O, indiyə qədər əsərlərini İranda sərgiləmək imkanı əldə edə bilməyib.”

Qeyd edək ki, Pərvin Güney Azərbaycanın siyasi sənətçilərdən biridir. Rejimin Mədəniyyət və İslami Məarif Təşkilatının sənətçinin əsərlərini sərgisinin keçirməsinə razılıq versə də hr zaman rejimin təhlükəsizlik orqanları ona mane olublar.

Fəal 2017-ci ilin noyabrında “Şirvan Dərəsi” adlı rəsm sərgisinin ləğv edilməsinə təhlükəsizlik orqanlarının sənət sahəsinə qarışmasına etiraz olaraq Ərdəbildəki “Fədak Qalereyası”nda aksiyası keçirib və plakatlar asmışdı.

, 2018-ci ilin dekabrında isə təhlükəsizlik sisteminin müdaxilələrinə etiraz və siyasi məhbuslara dəstək məqsədilə, öz evində sənətçilərin və mədəni fəalların geniş rəğbəti ilə qarşılanan “Evin” adlı sərgi təşkil etmişdi.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …