Bazar ertəsi , İyul 20 2026
azfa

Azərbaycanlı şair və yazıçı Rəhim Qulami zindana qayıtmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyib zindana saldığı azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami həbs müddətindən az qaldığı üçün zindana qayıtmayacaq.

Bununla bağlı rejimin Məhkəmə Elektron Sistemi tərəfindən azərbaycanlı fəala xəbər göndərilib. Eyni zamanda azərbaycanlı fəal aprelin 4-də rejimin Ərdəbildə Qərarları İcraedən Bölməyə müraciət etdiyi zaman ona məhkumluq müddətinin başa çatdığı bildirmişlər.

Qeyd edək ki, azərbaycanlı fəal və yazıçı koronavirus təhlükəsinə görə martın 12-də Ərdəbil zindanından zaminə buraxılıb. Fəalın 1 illik həbs müddətinin 3 ayı qalmışdır.

Azərbaycanlı fəalın həbsinin başa çatması İran Məhkəmə Sisteminin son dövrlərdə çıxardığı qərarla bağlıdır. Həmin qərarda bildirilir ki, 5 ildən az həbs cəzası olan siyasi məhbuslar həbs müddətinin üçdə birini çəkdiyi halda sərbəst buraxıla bilər.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın