Şənbə , İyul 20 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əkbər Əbulzadə məzuniyyət hüququndan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı siyasi məhbus Əkbər Əbulzadəni məzuniyyət hüququndan məhrum edib.

Təbrizdə zindanın 12 bölməsində həbsdə olan azərbaycanlı siyasi məhbus 10 aylıq həbs müddətini çəkməkdədir.

O, həbsinin 7 ay on gününü çəkməsinə baxmayaraq, hələ də məzuniyyətə buraxılmır.

Qeyd edək ki, azərbaycanlı fəal Əkbər Əbülzadə keçən il iyunun 7-də Əhər şəhərində həbs edilib. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazmışdı: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”. Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …