Cümə , Oktyabr 11 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən 50 milyon tümənlik vəsiqə qarşlığında  bir həftəlik məzuniyyətə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …