Çərşənbə axşamı , Yanvar 14 2025
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi xəstəxanaya yerləşdirildi; həyatı təhlükədə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranın “Fəşafuyə” zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Azərbaycanlı siyasi məhbus iyunun 29-da Tehran şəhərinin “Loğman” xəstəxanasına yerləşdirilib.

Endokrinologiya və Metabolizma şöbəsinin xüsusi klinikasına kaparılan Ərirza Fərşiyə müayinə və qısa müddətli müalicədən sonra ona pəhriz resepti tövsiyə olunub. Vəziyyətinin ağır olmasına görə bir neçə gündən bir eyni xəstəxanada təkrar müayinə olunması tövsiyə edilib.

Azərbaycanlı siyasi məhbusun diabet xəstəliyinə tutulduğu və həbsxanada müayinə və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Fərşinin həmçinin görmə qabiliyyəti zəifləyib. Həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. 

Fərşinin saxlanıldığı bölmədə 2019-cu ilin noyabr etirazlarında iştirak edən və onun da daxil olduğu 18 siyasi məhbusun siyahısının hazırlandığı bildirilir. Onların müəyyən hüquqlarına da qadağa qoyulmuşdur.

Həmin məhbuslar həbsxananın ümumi imkanlarından məhrum edilmiş vəziyyətdə saxlanılırlar. Etiraz etdikləri təqdirdə isə təhlükəli məhkumların kameralarına salınaraq incidilirlər.

Hüseyn Haşimi adlı həmin məhbuslardan biri bir müddət öncə məktub yazaraq zindandakı vəziyyətə etiraz etdiyi üçün təhlükəli məhbusların bölməsinə salınaraq ölümcül şəkildə döyülərək, işgəncə edilib.

“Ölüm bölməsi”ndə saxlanılan Əlirza Fərşi mayın 27-də zindanın acınacaqlı vəziyyəti barədə məktubla məlumat göndərmişdi.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …