Bazar ertəsi , İyul 13 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanın ağır vəziyyətinə etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehranın Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə məktub yazaraq, zindanın ağır və dözülməz durumuna etiraz bildirib.

Ana dilində təhsil hüququ tələb etdiyinə görə, şərlənərək, həbs edilən Əlirza Fərşi Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə yazdığı məktubda, dosyesində əvvəlki həbs müddətinin qeyd olunmamasından və soyadının yazılışında yol verilən səhvlərdən şikayətlənərək, zindanın dözülməz və antisanitar şəraitini tənqid edib.

Əlirza Fərşi bildirib ki, Evin zindanının 8-ci bölməsində məhkumlar qeyri-insani və antisanitar şəraitdə saxlanılır və məhbuslar koronavirusa və digər  xəstəliklərə yoluxma təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Onlarla məhbusun kiçik və dar otaqlarda saxlanır, zindanın yeməyi isə yarasızdır. Məhkumlar zindan daxilində zülmə məruz qalırlar.

Əlirza Fərşi həmçinin zindan məsullarfının məhkumlaın mövcud vəziyyət barədəki şikayətinə baxmalarını tələb edib.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın