Cümə axşamı , İyul 25 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti “Ərk” İran rejiminin həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin ağır vəziyyəti ilə bağlı yenidən BMT və dünya ictimaiyyətinə müraciət edib.

“Ərk” “İnstaqram” səhifəsində paylaşdığıxəbərdə bildirib ki, azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin vəziyyətini nəzarətdə saxlayaır və İran rejimi tərəfindən onun müalicəsinə şərait yaradılmır.

Azərbaycan İnsan Haqları Cəmiyyəti bununla bağlı məlumatları son iki gündə yenidən ikinci dəfə olaraq BMT-yə göndərdiyini açıqlayıb.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus iyunun 29-da Tehran şəhərinin “Loğman” xəstəxanasına köçürülüb və bir neçə saat sonra yenidən zindana qaytarılıb. Onun sağlıq durumunun ağır olduğu bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …