Cümə axşamı , İyul 25 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani zindan rəhbərliyinə xəbərdarlıq etdi: “Siyasi məhbuslara zülm dayandırılmasa ölənədək davam edəcəyəm”

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən zindanında həbsdə aclıq aksiyası keçirən Abbas Lisani iyunun 12-də zindan rəhbərliyinə xəbərdarlıq məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Təəssüflə heç bir səbəb olmadan mən də daxil olmaqla siyasi məhbusların mülki və insani hüquqlarını kobud şəkildə pozursunuz.

Məhkumların törətdiyi cinayətlərinə, onların keçmişlərinə, xarakter və şəxsiyyətlərinə uyğun təsnifatı qaydalarını qəsdən pozursunuz. Sizə və digər rəsmilərə dəfələrlə məntiqli şəkildə deyib, etiraz etdiyimə baxmayaraq bu siz bu qanun suzluğa davam edirsiniz.

Siz qaydaları ya qəsdən və qərəzli olaraq pozursunuz və ya buna sizi yuxarıdan məcbur edirlər. Hər halda, siz icraçı kimi bununla bağlı məsuliyyət daşıyırsınız.

Siz Azərbaycan xalqının hüquqları uğrunda çalışan və əsarətinizdə olan millətin ən təmiz və ləyaqətli övladlarını təhlükəli cinayətlər törədənlərin bölməsində saxlayırsınız. Bu hər bir siyasi və mədəni məhbusa qarşı açıq şəkildə zülm və işkəncədir.

Siyasi məhbusları öz bölməsindən çıxararaq, mənəvi və psixi təzyiq göstərmək məqsədilə ağır cinayətlər törətmiş cinayətkarların bölməsinə salmaq, insan haqları cəmiyyətləri tərəfindən ağ işkəncə kimi qəbul edilir.

Sizin bütün qayda və sərəncamlara zidd olan bu hərəkətiniz Azərbaycan millətinin diqqətindən qıraqda qalmayacaq və bağışlanmayacaqsınız.

Siz yanlış təsəvvürlərlə zindandakı Azərbaycan övladlarının etirazçı, mübariz və haqq axtaran ruhunu susdurmağa çalışırsınız. Arxayın olun ki, bu mübarizlərdən heç biri sizin zülmünüz qarşısında susmayacaq. Onlar susan olsaydılar indi sizin əsirliyinizdə olmazdılar!

Bacardığınız qədər bizi əzin, ancaq bilin ki, biz yox olmayacağıq.

Çəkic altında mühəqqər əzilir günlərcə

Bir dəmir parçası bir tiği məhib olmaq üçün”.

Qeyd edək ki, Abbas Lisani hazırda rejimin qərəzli təzyiqlərinə etiraz olaraq zindanda aclıq aksiyası keçirməkdədir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …