Şənbə , İyul 13 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani zindanda aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin zindanında haqsızlıqlarla qarşılaşan azərbaycanlı siyasi məhbus Abbas Lisani zindanda aclıq aksiyasına başladı

Siyasi məhbus iyunun 10-da ailəsi ilə telefon danışığı zamanı aclıq aksiyasına başlayacağını bildirmişdi.

Ərdəbil zindanında 15 illik həbs cəzasını çəkən azərbaycanlı siyasi məhbus Abbas Lisani, təhlükəli cinayətkarların siyasi məhbusların kameralarına köçürülməsi, güney azərbaycanlı siyasi məhbuslara qarşı məqsədli şəkildə mənəvi və pisixi təzyiqlərin göstərilməsinə etiraz olaraq bu gün 12 iyun, səhər saatlarından aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 10-da ailəsi ilə telefon danışığında zindan məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Siyasi məhbusun sözlərinə görə, ağır cinayətə görə məhkum olunan cinayətkarı onun saxlanıldığı kameraya buraxıblar və bu vasitə ilə ona mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar. Abbas Lisani bu haqsızlığa etiraz olaraq şənbə günündən aclıq aksiyasına başladı.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü.

Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu bildirilib.

Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin dediyinə görə, onun dizinə su yığılır, belində də disk yırtığı var.

Azərbaycanlı siyasi məhbusun belə ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində zindan məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər.

Bildirək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …