Çərşənbə axşamı , May 17 2022
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin həbsi 4-cü ilə daxil oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisaninin həbsi artıq 4-cü ilə daxil olub. Azərbaycanlı fəal 2018-ci ilin yanvar ayının 15-də həbs olunmuşdu.

Abbas Lisani 3 il əvvəl elə bu günlərdə Təbrizdə məhkəmə mühakimə olunarkən rejimin məmurları tərəfindən oğurlanaraq Ərdəbildə zindana salınmışdır. Fəalın ailəsinin məhkəmə orqanlarına müraciətindən sonra məlum olmuşdur ki, Təbrizdə azərbaycanlı fəallar Abbas Lisani ilə görüşməli idilər. Rejim buna mane olmaq üçün onu oğurlayaraq Ərdəbildə zindana salıb.

Abbas Lisaninin həbsi ictimaiyyət arasında ciddi etirazlara səbəb oldu. Xüsusilə Traxturun yarışlarında ona azadlıq tələb edildi.

Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də “Qərbi Azərbaycan əyalətinin əhalisini silahlanmağa təhrik etmək”, “milli təhlükəsizliyə qarşı cəhd göstərmək”, “qanunsuz qrup yaratmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamlarla 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunmuşdu.

İrqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırdı. Məhkəmə qərarı Abbas Lisani və onun vəkilinə açıqlanmışdı.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi bug ün, oktyabrın 1-də azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb. Halbuki, tanınmış azərbaycanlı fəal ilkin instansiya məhkəməsində 8 il həbsə, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı.

Qeyd edək ki, Abbas Lisani1967-ci ildə Ərdəbil şəhərində doğulub. Lisani Azərbaycan türkcəsınin məktəbdə oxunulması və Güney Azərbaycanın iqtisadi vəziyətin yuksəlməsi üçün çalışır. Abbas Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib.

2003–2005-cü illərdə Babək qalasında hər il Güney Azərbaycan türkləri tərəfindən keçirilən milli yürüşlərə qatıldığına görə 2006-cı ilin avqust ayında həbs edilmişdi. Bundan əlavə o, 2003-cü ildə Azərbaycan dilində təqvim yazdığına görə də saxlanılmış, bir il həbs cəzasına məhkum edilmişdi.

A.Lisani 2004-cü il iyunun 22-də Ərdəbilin “Sərçeşmə” məscidindəki aksiyada iştirakına, 2005-ci ilin avqust ayında Məşrutə inqilabının ildönümü münasibətilə Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimdə iştirakına görə yenidən həbs edilmişdir.

Abbas Lisani 2006-cı ilin may ayında “İran” qəzetində Güney azərbaycanlıları  alçaldan karikaturanın yayımlanmasından sonra Ərdəbil şəhərində edilən yürüşlərə qatılmaqda günahlandırılmışdı. Məhkəmənin qərarına əsasən 30 aylıq həbsə və 50 şallaq və 3 il sürgün cəzasına məhkum edilən Abbas Lisani Əhər bəhsxanasına göndərilmişdir.

Lakin azərbaycanlıların yaşadığı Əhər şəhərində məsul şəxslər Abbas Lisaniyə şallaq vurmaqdan imtina etmişdilər. Bundan sonra Abbas Lisani öz doğma bölgəsindən 2000 km uzaqlıqda olan Yəzd həbsxanasına göndərilmişdir.

Abbas Lisaninin dediyinə görə, onun bura göndərilməsində məqsəd şallaq cəzasının yerinə yetirilməsi yox, sadəcə onun doğmaları tərəfindən ziyarətinə mane olmaq və türk əhalinin yaşadığı bölgədən uzaqlaşdırmaq olmuşdur.

Beynəlxalq Əfv Təşkilatının qərarına əsasən bu hökm qanunsuz elan edilmiş və Abbas Lisani vicdan məhbusu kimi qəbul edilmişdir.

Həbs müddətinin son dövrünü Yəzd zindanında keçirən Abbas Lisani 2008-ci il oktyabrın 29-da azadlığa buraxılmışdır.

Abbas Lisani 2011-ci ildə Urmiya gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra yenidən saxlanılmışdır. Ailəsi ilə görüş verilmədiyi üçün aclıq aksiyasına başlamış, cavab olaraq isə aclıq aksiyasını sonlandırmayacağı təqdirdə ucqar həbsxanaya göndəriləcəyi ilə hədələnmişdir.

Abbas Lisani 2016-cı ilin noyabr ayının 7-də Ərdəbil şəhərində məhkəmədə həbs edilərək Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi zindanına köçürülmüşdu. Həbsinin səbəbi isə özü kimi milli fəal olan Aydın Zakirinin toyunda söylədiyi nitq olmuşdu. “Pantürkizmdə” və “rejimə qarşı təbliğat aparmaq”da günahlandırılaraq həbs edilən Abbas Lisani apelyasiya məhkəməsinə müraciət etmiş və bəraət almışdı.

Onunla birgə həbs edilmiş digər milli fəal Siyamək Mirzayi haqqında Tehran apelyasiya məhkəməsi ilkin məhkəmənin çıxardığı 10 il həbs və iki il sürgün hökmünü dəyişdirərək, onu 3 il həbs və Cənubi Xorasanın Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına məhkum etmişdir.

Azərbaycanlı siyasi məhbus hazırda 3 ildən çoxdur rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …