Cümə , Fevral 13 2026
azfa

Azərbaycanlı siyasi məhbus dr.Lətif Həsəni 3 günlük məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 6 fevral 2013-cü ildən həbsdə olan Güney Azərbaycanlı siyasi məhbus doktor Lətif Həsəni 3 günlük bayram məzuniyyətinə buraxılıb.

Azərbaycanlı fəalın həyat yoldaşı Əzəm Piri özünün İstagram səhifəsində bu barədə məlumat yayaraq, qeyd edib ki, Lətif Həsəni mart ayının 20-dən 3 gün müddətinə məzuniyyətə buraxılıb.

Doktor Lətif Həsəninin bu ikinci məzuniyyətidir və irqçi fars rejiminin məhkəməsi fəalın şərti həbs cəzasına razılıq vermir.

Qeyd etmək lazımdır ki, doktor Lətif Həsəni irqçi fars rejiminin Təbriz şəhərində yerləşən məhkəməsində Mahmud Fəzli, Şəhram Radmehr, Ayət Mehrəlibəyli və Behbud Quluzadə ilə birlikdə mühakimə edilərək hər biri 9 il həbsə məhkum edilmişdi. Fəal Kərəcin Rəcaişəhr zindanında həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın