Cümə axşamı , Aprel 15 2021
azfa

Azərbaycanlı siyasi məhbus Həmid Manafi Nadarlı zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili ilə bağlı həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Həmid Manafi Nadarlı yenidən zindana qaytarılıb.

Tehranda yaşayan azərbaycanlı siyasi məhbus mart 16-da axşam saatlarında Evin zindanından 19 günlüyünə girov qarşılığında məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …