Cümə axşamı , İyul 10 2025
azfa

Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi Evin zindanına qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi dünən mayın 29-da məzuniyyət müddətinin bitməsinə görə həbs cəzasının qalan hissəsini çəkmək üçün Tehranın Evin zindanına qaytarılıb.

Azərbaycanlı siyasi məhbus may ayının 19-da 300 milyon tümənlik girov qarşılığında bacısının dünyasını dəyişməsindən 3 gün sonra qısa müddətli məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, Siyamək Mirzayi son dəfə dekabr ayının 28-i, 2020-ci ildə Ərdəbil şəhərində yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkmək üçün Tehrana göndərilib.

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Tehranın Evin zindanına aparılmışdı.

Siyamək Mirzayi Evin zindanının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “Milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra apellyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz olunub. Həbs müddətində isə azərbaycanlı fəal şərlənərək yenidən bir il həbsə məhkum edilmişdir. Hazırda həmin həbs müddətini çəkməkdədir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal haqqında 15 gündür heç bir məlumat yoxdur

GADTB: 15 gün öncə İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs etdiyi azərbaycanlı fəal Murtəza …

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …