Bazar ertəsi , İyun 17 2024
azfa

Azərbaycanlı siyasi məhbus Zeynəb Həmrəng Evin zindan;nda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın “Evin” zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim və siyasi fəal Zeynəb Həmrəng aclıq aksiyasına başlayıb.

Zeynəb Həmrəng Azərbaycan Respublikasının vətəndaşı olan məhbusa İran rejiminin qeyri-insani davranışına etiraz edib.

Azərbaycanlı müəllim və siyasi məhbus sentyabrın 14-də Evin zindanında həbs dövrünü yaşayan və Azərbaycan Rspublikasından olan bir xanım məhbusun döyülməsi və aşağılanmasına etiraz edib və iradları nəzərə alınmadığı üçün aclıq aksiyasına başlayıb.

Zeynəb Həmrəng məhbusların səsini zindandan kənara çatdırmaq məqsədilə aclıq aksiyasına başladığını bildirib.

Zeynəb Həmrəngin oğlu Ehsan Seyfinin insan haqları təşkilatlarına verdiyi məlumata görə, anası aclıq aksiyasına başladıqdan sonra Azərbaycan Respublikasından olan xanım məhbusla birlikdə təzyiqlərə məruz qalıb və zindanın karantin bölməsinə köçürülüb.

Azərbaycanlı siyasi məhbusun oğlu bildirib ki, Qasimi, İsmaili və Fikri soyadlı İran məmurları anası və başqa məhbusa qarşı təzyiq göstəriblər.

Qeyd edək ki, Zeynəb Həmrəng Ərdəbil vilayətinin Muğan bölgəsindəndir. Onun 50 yaşı var və həbs olunana qədər Tehran şəhərində yaşayıb. Müəllimlərin həmkarlar ittifaqının fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarını müdafiə etdiyi və etiraz aksiyalarına qatıldığı üçün İran rejimi tərəfindən həbs edilib.

Xanım fəal 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı müəllim mədəni və sinfi fəaliyyətlərinə görə şərlənərək “ölkənin təhlükəsizliyinə qarşı aksiyaya toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “Sistemə qarşı təbliğat”  ittihamı ilə isə 1 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …