Çərşənbə axşamı , Sentyabr 28 2021
azfa

Azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Hamid Allahverdipur aclıq aksiyasına davam edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin qanunsuz şəkildə həbs etdiyi azərbaycanlı fəallar Abbas Lisani və Hamid Allahverdipur aclıq aksiyasına davam etməkdədir.

Ərdəbil şəhərində zindana saldığı tanınnmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani bu gün 6 gündür aclıq aksiyasına davam edir. Tanınmış fəal aclıq aksiyasına başladıqdan bir gün sonra rejim tərəfindən zindanın qarantin bölməsinə köçürülmüşdü.

Azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülmüşdü.

Qeyd edək ki, fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Özü də haqsızlığa məruz qalan azərbaycanlı siyasi məhbus Hamid Allahverdipur da rejimin Lisaniyə haqsızlığına etiraz olaraq aclıq aksiyasına başlayıb. Hazırda 4 gündür azərbaycanlı fəal aclıq aksiyasına davam edir.

Azərbaycanlı fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə rejim tərəfindən Əhərdə zindana salınan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur aclıq aksiyasına başladı.

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə azərbaycanlı siyasi məhbus Hamid Allahverdipur 2019-cu il mayın 29-dan 5 günlük aksiyaya başlayıb. Azərbaycanlı fəal mayın 28-də saxlandığı zindanın məsullarına məktub yazaraq bu barədə məlumat verib.

Həmçinin ötən günlərdə Əhər zindanının məsulları Hamid Allahverdipurun adını Rəməzan ayı münasibəti ilə məzuniyyətə buraxılan məhbusların siyahısına daxil etməmişdir.

Həmçinin yoxlayın

Fars-molla rejimindən Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin daha bir deputatı Azərbaycanı Azərbaycanı hədələyib. …

Sayın Mikayil Oytanın 27 Sentyabr Anım Günü ilə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın