
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan olan hüquq elmləri doktoru Əli Həmzəzadə Antalya ilə Ankara arasındakı məsafəni velosipedlə qət edib.
Həmzəzadə bu simvolik aksiya ilə bağlı bildirib ki, məqsədi Güney Azərbaycan və Türkiyə türkləri arasında qardaşlıq və həmrəyliyin əhəmiyyətini vurğulamaqdır.
Əli Həmzəzadə iki il əvvəl işğal altında olan Qarabağın azad edilməsi və Güney Azərbaycan uşaqları üçün türkcə kitabların hazırlanması münasibətilə Antalyadan Gürcüstan sərhədinə qədər olan məsafəni qət etmişdi.
Azərbaycan tələbə keçən il isə Azərbaycan Respublikasının qərbindən şərqə gedən marşrutu qət edərək şəhid Polad Heşimovun heykəlini şəhidin ailəsinə təqdim edib.
Həmçinin Əli Həmzəzadə Urmiya gölünə dəstək olmaq üçün Akdəniz sahilində də 130 kilometr məsafə qət etmişdi.