
GADTB: Azərbaycanlı vəkil və hazırda Evin həbsxanasının 7-ci bölməsində saxlanılan Tahir Nəqəvin həyat yoldaşı Suheyla Sədəqiani 17 azar 1404-cü il, bazar ertəsi səhər saatlarında təhlükəsizlik qüvvələri tərəfindən məhkəmə qərarı təqdim edilmədən saxlanılıb.
Məlumata görə, təhlükəsizlik əməkdaşları evdə axtarış apararaq noutbuk, mobil telefon, fleşkart və xarici yaddaş qurğuları daxil olmaqla bir sıra şəxsi əşyaları müsadirə ediblər. Daha sonra Sədıqiani saxlanılaraq təhlükəsizlik qurumunun təcridxanasına aparılıb.
Tahir Nəqəviyə yaxın mənbələrin bildirdiyinə görə, o, təxminən üç saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Bununla belə, indiyədək onun nə üçün saxlanıldığı və evə hansı səbəbdən basqın edildiyi barədə rəsmi izahat verilməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi