Çərşənbə axşamı , May 19 2026
azfa

Azərbaycanlı xanım fəal Sima Əlipuru məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Sima Əlipura çağırış göndərərək onun aprelin 1-də məhkəməyə getməsini tələb edib.

Sima Əlipur və həyat yoldaşı Mir Davud Seyid Rəxşani 2022-ci il mayın 29-da da İranın ETTELAAT Nazirliyinin məmurlarının onların evlərinə hücum etməsindən sonra həbs olunmuşdular.

Qeyd edək ki, molla rejiminin məmurlarının onların evlərinə hücumu zamanı onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparıblar.

Azərbaycanlı fəallar 2022-ci il  iyunun 6-da 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …