Cümə , Oktyabr 4 2024
azfa

Azərbaycanlı xanım jurnalist Təbrizdə polisi tərəfindən döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə şaxsey mərasimində baş verən qarşıdurmanı paylaşdığına görə hədələnən təbrizli xanım jurnalist Fatimə Qulipur Təbriz şəhər Polis İdarəsinin Təhlükəsizlik Şöbəsində zorakılıqla üzləşib.

Məlumata görə, azərbaycanlı jurnalist “X” hesabında bununla bağlı yazıb: “Polis İdarəsində məruz qaldığım zorakılığı heç vaxt unutmayacağam, bu əməllərinə görə onların heç birini halal etmirəm. Xəbər paylaşdığıma görə məni polis idarəsinə aparıb, polkovnikin göstərişi ilə məni iki əsgər və bir qadın pilləkənlərdə sürüklədilər. Əlləri üzümə qalxanda min dəfə ölüb dirildim”.

Qeyd edək ki, jurnalist Fatimə Qulipur Gəncəli Təbrizdə əzadarlıq mərasiminə hökumət qüvvələrinin hücumu və orada baş verən münaqişəni işıqlandırmasından sonra Təbriz şəhər prokuroru Məhbub Əlilu tərəfindən məhkəmədə barəsində cinayət işi açılacağı ilə hədələnib.

Həmçinin yoxlayın

Litva da Sepah-ı terror təşkilatı elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) …

İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

GADTB: Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın …