Bazar ertəsi , Yanvar 17 2022
azfa

Azərbaycanlılar Amerikada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünəm  martın 14-də Yeni İngiltərə Amerika Azərbaycanlıları Boston şəhərində hökumət evi qarşısına etiraz aksiyası keçiriblər.

Etirazın səbəbi Xocalı faciəsinin anım günü ilə bağlı Boston bələdiyə başqanı Marti Volşun imzaladığı bəyannaməni erməni lobbi qruplarının basqısı ilə geri çəkməsi və üzr istəməsi olub.

Qeyd edək ki, bələdiyyə başqanı Volşun ofisinin Azərbaycan icması ilə vaxtında və ardıcıl ilgi qurmaması birtərəfli və ədalətsiz qərarın verilməsi ilə nəticələnib.

Volşun erməni lobbi qruplarını dəstəkləyən ədalətsiz davranışı Azərbaycan icmasında böyük narazılıq yaradıb. Bələdiyə başqanı insan hüquqları faciəsi tarixi ilə bağlı gerçəyi inkar etməklə yanaşı bu qərarla açıq şəkildə Amerikada yaşayan Azərbaycan icmasının səslərini kənarlaşdırıb.

Etirazçılar Xocalı soyqırımı haqqında Boston Globe, Washington Post, New York Times, Newsweek, The Independent, The Guardian kimi nüfuzlu mətbu orqanlarda sənədləşdirilmiş və işıqlandırılmış məlumatları oxuyaraq mer Volşun diqqətinə çatdırıblar. Eləcə də bərabər şəkildə toplumun hüquq və maraqlarının təmsil olunmasını tələb edib.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …