Çərşənbə , Fevral 12 2025
azfa

Azərbaycanlıların Xankəndi-Laçın yolundakı etiraz aksiyası 21-ci günündə davam edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi üç gündür davam edir.

Keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Həmçinin yoxlayın

Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi fəal aclıq aksiyasını davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Beheşti Univetsitetinin Kompüter Elmləri Fakültəsinin magistr tələbəsi …

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı …