Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycan Antonio Quterreşi Ermənistanla sülhə əsas maneələr barədə məlumatlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən xəbər verilib.

Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib. İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …