Bazar ertəsi , İyun 2 2025
azfa

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib ki, Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.

Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

“Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb”.

Həmçinin yoxlayın

BAEA: “İran bəyan edilməmiş nüvə materialları ilə bağlı gizli fəaliyyət göstərib”

GADTB: “Reuters” xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın əvvəllər uzun müddətdir araşdırılan …

Tikantəpədə Azərbaycan mədənlərini talayanlar etirazçı kənd sakinlərinə hücum ediblər

GADTB: Tikantəpənin Qızıl Qışlaq kəndinin daş mədənini qarət edən qumlu Cavad Cəfəri həmin bölgənin mədənini …