Şənbə , Aprel 27 2024
azfa

Azərbaycan İnsan Haqları Cəmiyyəti-“Ərk” Güney Azərbaycan etirazlarında yaxalanalara azadlıq tələb etdi

Azərbaycan İnsan Haqları Cəmiyyəti-“Ərk” iyulun 24-də Təbrizdə və digər şəhərlərsə  əl-Əhvaz ərəblərinə dəstək məqsədilə keçirilən kütləvi etirazlarda həbs edilənlərlə bağlı bəyanat yadyı.

İyulun 25-də yayılan bəyanatda yaxalanan milli fəalların qeyd-şərtsiz azad olunmasını tələb edib.

Bəyanatda bildirili ki, iyulun 23-də Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində on minlərlə insanın iştirakı ilə keçirilən dinc etirazlarda həbs olunanlar dərhal azadlığa buraxılmalıdır.

“Azərbaycan Milli Hərəkatına bağlı təşkilatların “əl-Əhvaz” ərəbləri ilə həmrəylik nümayiş etdirmək üçün dinc aksiyaların keçirilməsi ilə bağlı edilən çağırışların ardınca, İran rejimi özünün çoxlu sayda təhlükəsizlik qüvvələrini Təbrizə cəlb edərək şəhərdə güclü polis rejimi yaratmışdı.

Həmçinin Təbriz səmasında təyyarələrin uçuşuna qadağa qoyulmuş, etirazları nəzarətdə salamaq üçün havaya dron qaldırılmışdı. Lakin bütün bunlara baxmayaraq, on minlərlə Təbriz əhalisi Təbrizdə, Urmiyada və Güney Azərbaycanın digər bir neçə şəhərində küçələrə axışaraq əl-Əhvaz ərəbləri ilə həmrəy olduqlarını nümayiş etdirdilər.

Etirazlar dinc şəkildə keçirilib və dövlət əmlakına heç bir ziyan yetirilməyib. Buna baxmayaraq, İran ETTELAAT-nın mülki geyimli məmurları və özəl yaraqlı motosikletçi qüvvələr dinc etirazçılara hücum edərək, onları vəhşicəsinə döyməyə və həbs etməyə başladılar. Beləliklə də onlarla azərbaycanlı həbs edilərək naməlum istiqamətə aparıldı”.

Bəyanatda həmçinin deyilir ki, Azərbaycan İnsan Haqları Cəmiyyəti İrandan tələb edir ki, milli-mədəni fəallara qarşı apardığı repressiyaları dərhal dayandırsın, ətraf mühiti məhv etməkdən əl çəksin və Təbrizin dinc etirazlarında həbs edilən bütün aksiyaçıları qeydsiz-şərtsiz sərbəst buraxsın.

Bəyanatda bildirilir: “Hesab edirik ki, məhbusların həyatını qorumaq və onların təhlükəsizliyini təmin etmək məsuliyyəti rejimin üzərinə düşür.

Azərbaycan İnsan Haqları Cəmiyyəti Təbrizdə və Güney Azərbaycanın digər bölgələrində Azərbaycanın milli-mədəni fəallarına qarşı həyata keçirilən repressiyalar barədə bizə gəlib çatan bütün məlumatları, eləcə də həbs edilənləri adlarını BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Michelle Bacheletə və BMT-nin İranda insan hüquqları ilə bağlı özəl məruzəçisi Cavid Rəhmana göndərib.

Biz isə dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan bütün təşkilatlardan istəyirik ki, İran İslam Respublikasının öz əhalisinə qarşı kobud və repressiv davranışına öz etirazlarını bildirsinlər”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …