Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycan İsraildən yeni müdafiə sistemləri alıb

GADTB: Təl-Əvivlə razılaşmadan sonra Bakı ən son raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinə çıxış əldə edib.

Bu haqda ٍErmənistanın İctimai Radiosu SEPAH-ın teleqram kanalına istinadən məlumat yayıb.

“İsrail mənbələrinin məlumatına görə, Bakı Tel-Əvivlə müqavilə imzaladıqdan sonra müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirərək, İsrailin ən son raket və hava hücumundan müdafiə sistemlərinə çıxış əldə edib”,- məlumatda iddia olunub.

SEPAH kanalı Azərbaycan Respublikasına qarşı hədələyici iddialarını təkrar edib:

“Sionistlər Əliyevi həqiqətən fəal şəkildə İranla yeni müharibəyə hazırlayırlar, yoxsa Bakı sadəcə onların oyununun qurbanına çevrilir? Bu dəfə hər iki ilanın başını əzmək bizim borcumuzdur”- deyə SEPAH-a bağlı kanal bildirib.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …