Cümə , Oktyabr 9 2026
azfa

Azərbaycan Milli Hərəkatının fəalı Dariyuş Əndəlibian Qoşaçayda saxlanıldıqdan sonra, girov qarşılığında müvəqqəti sərbəst buraxılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Dariyuş Əndəlibian tir ayının 21-də, səhər saat 11 radələrində Qoşaçay (Miyandab) şəhərinin Taleqani küçəsində rejimin Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yayılan məlumatlara görə, təhlükəsizlik əməkdaşları məhkəmə qərarı təqdim etmədən onu saxlayaraq Qoşaçay Kəşfiyyat İdarəsinə aparıblar. Dariuş Əndəlibiyan təxminən beş saat davam edən dindirilmədən sonra həmin gün saat 15:00 radələrində girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Dariyuş Əndəlibian daha əvvəl də milli-mədəni və vətəndaş fəaliyyəti ilə əlaqədar təhlükəsizlik qurumları tərəfindən dəfələrlə çağırılıb və saxlanılıb. O, 2014-cü ildə “rejim əleyhinə təbliğat aparmaq” və “müxalif qruplara üzv olmaq” ittihamları ilə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Bundan əlavə, yayılan məlumatlara əsasən, o, son həftələr ərzində də həm telefon vasitəsilə, həm də birbaşa şəkildə müxtəlif təhdidlərə məruz qalıb.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …