Azərbaycan Milli Hərəkatının Sulduz qanadı Sulduzda kürd fitnəkarlığı ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sulduzda kürd terror təşkilatının fitnəkarlığına qarşı keçirilən etirazlar və baş verən hadisələrlə bağlı Azərbaycan Milli Hərəkatının Sulduz qanadı bəyanat yayıb.

Bəyanatı təqdim edirik:

“Haqqıın hakim olmadığı cəmiyyətlərdə həqiqətlər senzuraya məruz qalır. Sulduz əhalisinin son dirənişi uzun illər müstəmləkə zülmünün və istismarın kölgədə qoyduğu həqiqətlərin indi gün işığına çıxmasının nəticəsidir. Kiçik təkanla əhali cəsarətlə üsyana qalxdı. Ancaq təəssüflə qeyd etməliyik ki, Sulduzda baş verən son hadisələr və yerli sakinlərdən biri ilə mühacir kürdlər arasında yaranan qarşıdurma özümüzünkü hesab etdiyimiz və başqa mətbuat orqanları tərəfindən senzura ilə qarşılaşdı. Bir sıra şəxslər partiya maraqları xatirinə, bir dəstə isə sadəlövhlükdən və başqa bir kəsim isə aldanaraq məsələyə fərqli yanaşdılar.

Azərbaycan cəmiyyətində bir sıra pozucu qüvvələrin iddia etdiyi kimi kəskin yoxsulluq və ondan irəli gələn ictimai böhran və talançılıq hökm sürmür. Azərbaycanlıların tarixi keçmişi sülh, dostluq və eyni halda igidliklə zəngindir. Azərbaycan xalqının guya özümüzünkülərin və mərkəziyyətçilərin sadəlövh və aldadıcı səthi təhlillərinə ehtiyacı yoxdur. Bu gün faktlara əsasən azərbaycanlı türk gənci ideyalarına söykənərək torpaq iddiaları, təhqir və istemar və onun əlaltılarının qarşısında özünü müdafiə edib, onlara layiqli cavabı verir.

Biz Güney Azərbaycan Milli Hərəkatının Sulduz qanadı olaraq bildiririk ki. bu günə kimi torpaq və mədəniyyətimizi yalançı siyasətlərin qurbanı etməmişik və bu gündən sonra da etməyəcəyik.

Gələcək bizimdir, yaşasın vətən!

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …