Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycan Milli Hərəkatının üç fəalının həbs hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi əvvəllər Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən ümumilikdə 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Onların barəsində çıxarılmış hökm apellyasiya məhkəməsi tərəfindən də olduğu kimi təsdiqlənib.

İkinci İnqilab Məhkəməsinin hakimi Rza Əbdi tərəfindən verilmiş ilkin qərara əsasən, Təqizadə, Heydəri və Səliminin hər biri “ölkənin daxili və ya xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə əlbir olmaq və sövdələşmək” ittihamı ilə 3 il 7 ay, “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Beləliklə, hər üç fəal üçün ümumilikdə 4 il 3 ay həbs cəzası nəzərdə tutulub ki, onların ümumi cəzası 12 il 9 ay təşkil edir.

Həmin fəallar 1403-cü il bəhmən ayının 2-də Təbrizdə iş yerlərində və yaşadıqları evlərdə Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən zor tətbiq edilərək saxlanılmışdılar. Onlar 5 günlük sorğu-sualdan sonra Təbriz həbsxanasına köçürülmüş, bəhmən ayının 10-da yenidən Kəşfiyyat İdarəsinin təcridxanasına aparılmışdılar.

Fəallar 1404-cü il bəhmən ayının 18-də yenidən Təbriz həbsxanasına qaytarıldıqdan sonra 1 milyard tümən məbləğində girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azad edilmişdilər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …