Şənbə , İyul 19 2025
azfa

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

GADTB: Azərbaycan Milli Məclisinin parlament nümayəndə heyətini Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.

Bu barədə Azərbaycan Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.

Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.

Həmçinin yoxlayın

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …

Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb

GADTB: Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb və göl acınacaqlı vəziyyətdədir. Göldə su səviyyəsi …