Azərbaycan nümayəndə heyəti Tatarıstanda Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib

GADTB: Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtında keçirilən “KazanForum2025” Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Şahin Mustafayev Kazan Beynəlxalq İqtisadi Forumunun plenar iclasına qatılıb. Həmin iclasda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Malaziyanın baş naziri Ənvər İbrahim, Rusiya Baş nazirinin müavini Marat Xusnullin, Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayev iştirak ediblər.

“Rəqəmsallaşma. Yeni reallıq” Kazan beynəlxalq forumunun plenar iclasının əsas müzakirə mövzusu olub. Azərbaycan Baş nazirinin müavini plenar iclasda moderatorun Azərbaycanda rəqəmsallaşmanın səviyyəsi ilə bağlı sualını cavablandırıb. Bildirib ki, Azərbaycanda rəqəmsallaşma yüksək sürətlə inkişaf edir. Ş. Mustafayev ölkəmizdə rəqəmsallaşdırılan dövlət xidmətləri barədə forum iştirakçılarına məlumat verərək Azərbaycan üçün bu prosesin yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi diversifikasiya, şəffaflıq və idarəetmədə səmərəlilik demək olduğunu vurğulayıb.

Kazan forumu çərçivəsində Azərbaycan Baş nazirinin müavini bir sıra ikitərəfli görüşlər də keçirib. Belə ki, Ş. Mustafayevin rusiyalı həmkarı Aleksey Overçuk, Tatarıstan rəisi Rüstəm Minnixanov və Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayevlə ikitərəfli görüşləri baş tutub. Görüşlərdə ikitərəfli münasibətləri cari vəziyyəti müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində keçirilən “Russia Halal Expo” sərgisində də iştirak edib. Kəlbəcərin “İstisu” brendi və digər Azərbaycan məhsullarının nümayiş olunduğu “Made in Azerbaijan” stendi ilə tanış olublar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …