Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycan Respublikasının “Turan Tovuz” komandası “Traktor”la yoldaşlıq oyunu keçirə bilər

GADTB: Azərbaycan Respublikasının “Turan Tovuz” futbol klubunun Güney Azərbaycanın “Traxtur” komandası ilə yoldaşlıq oyunu keçirəcəyi gözlənilir.

Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev bununla paylaşım edib.

Quliyev şəxsi feysbuk hesabına “Traxtur”un loqosunu yerləşdirib. Bir çoxları isə bunu hər iki komanda arasında tezliklə yoldaşlıq görüşünün baş tutacağı ilə əlaqələndirib.

Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində olacağı ehtimal edilir.

Qeyd edək ki, ötən mövsüm çempion olan Traxtur komandası yeni mövsümə hazırlığı Türkiyədə keçirir.

İyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verən “Turan Tovuz” isə təlim-məşq toplanışının ikinci hissəsi üçün iyulun 6-da Türkiyəyə yola düşəcək.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …