Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər paketi Ermənistana təqdim edəcək

GADTB: Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını 24 iyun tarixində Ermənistana təqdim etmişdi, rəsmi İrəvan 70 gün sonra öz versiyasını geri qaytarıb.

C.Bayramov qeyd edib ki, təkliflət paketindəki bütün maddələr çox taleyüklü məsələlər idi:

“Biz Ermənistan tərəfinin bizə cavab olaraq göndərdiyinə baxanda gördük ki, əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar sadəcə olaraq mətndən çıxarılıb. Ermənistanın düşüncəsinə görə bu yolla məsələni həlli etmək olar. Onlar önəmli məqamlara yer ayırmaq istəməyiblər”.

Nazir bəyan edib ki, Ermənistan tərəfi bunlara daha ciddi yanaşmalıdır.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …