Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycana qarşı Araz kənarında təlim keçirən İran bölgəyə uzən körpülər göndərdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Araz kənarında təlim keçirən İran bölgəyə çayların qoşunun keçməsi üçün uzən körpülər göndərib.

SEPAH-ın “Telegram” kanalında Azərbaycan Respublikasının suveren ərazisini “Bakı dövlətinin işğal etdiyi” ərazilər adlandırılaraq İran silahlı qüvvələrinin sərhədə ordu birləşməsi yığdığı haqqında danışılır.

Kanal yazır: “İran İslam Respublikasının silahlı qüvvələrinə məxsus mühəndis mobil körpü dəstəsi Araz sahilində Bakının “işğal etdiyi” ərazilərlə sərhədə ezam olunur… Ən maraqlısı isə odur ki, bu hərbi qurğuların üzərinə qırmızı bayraq sancılıb”.

Sosial mediada yayılan videolardan da görünür ki, həmin mobil körpü dəstəsi çox sayda avtomobillərlə Azərbaycana doğru gətirilməkdədir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …