Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycana qarşı casusluq edən Rus Evinin lövhələri çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən gün Azərbaycandakı Rus Evinin adının rus dilində yazılan hissəsi götürülüb. Bu gün sosial şəbəkələrdə yayılan görüntülərdən mərkəzin Azərbaycan dilində yazılan hissəsinin də söküldüyü məlum olub.

Qeyd edək ki, Bakıdakı Rus Evi fəaliyyətini dayandırıb və artıq yerləşdiyi binanı boşaldıb.

Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …