Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanda enerji inqilabı: Bakı bərpa olunan enerjiyə sərmayə qoymaqla davamlı gələcək yaratmaq niyyətindədir

GADTB: “Tejarat news” saytı yazır: “Azərbaycan bərpa olununan enerji layihələrinə sərmayə qoyub. Bu investisiyaya iki günəş elektrik stansiyasının və bir külək elektrik stansiyasının tikintisi daxildir.

 Bu layihələr Bakının 2030-cu ilə qədər ölkədə elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələr hesabına istehsal etmək kimi iddialı hədəfinə doğru atılmış önəmli addımdır”.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” Bərpaolunan Enerji Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-dan ibarət konsorsium tərəfindən hazırlanmış layihələr olan  3 elektrik stansiyası bunlardan ibarətdir: 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyası, 315 MVt gücündə Neftçala Günəş Elektrik Stansiyası və 240 MVt gücündə Abşeron-Qaradağ Külək Stansiyası.

Tikilməkdə olan üç elektrik stansiyasının ölkənin illik qaz tələbatını 500 milyon kubmetr azaldacağı gözlənilir. Bu həcmdə qaz ixraca yönləndirilə bilər. Bakının 2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artırmaqla bağlı Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün buraxa biləcəyi bu əlavə qaza ehtiyacı var.

“Oil Price”-ın məlumatına görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi konfransında baş tutan sözügedən üç elektrik stansiyasının açılış mərasimində deyib ki, bu layihələrin cari ilin noyabr ayında keçirilməli olan İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməzdən öncə açılışı ölkənin enerji transferinə sadiqliyini və həmrəyliyini göstərir.

BƏƏ-nin “Masdar” şirkətinin  nümayəndələri təsdiq ediblər ki, bu üç layihənin səhmlərinin 75%-i BƏƏ şirkətinə, qalan 25%-i isə SOCAR-a məxsusdur. Onlar habelə bildiriblər ki, Biləsuvar günəş qurğusunun 2026-cı ilin sonuna, digər iki elektrik stansiyasının isə gələn ilin sonuna qədər istismara verilməsi gözlənilir.

Azərbaycan elektrik enerjisi istehsalı ilə bağlı düzgün strategiya yürüdür və bərpa olunan mənbələrin, xüsusilə külək və günəş enerjisinin payını artırmaqla təbii qaz elektrik stansiyalarından asılılığını azaltmağa çalışır.

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında ayrı-ayrılıqda beş yeni təbii qaz müqaviləsi də imzalanıb. Bu müqavilələrdən biri Azərbaycan Dövlət Qaz İxrac Şirkəti (AGSC) ilə Türkiyənin Dövlət Qaz İdxalı Şirkəti (BOTAŞ) arasında mövcud müqavilənin müddətini beş il müddətinə uzadıb.

Digər dörd müqavilə Azərbaycan və Türkmənistandan Türkiyə və Avropaya, eləcə də Azərbaycanın Naxçıvan bölgəsinə qaz tranziti ilə bağlıdır”./Azad İrasn

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …