Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanda Pre-COP29 tədbiri başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycanın paytaxtı Bakıda “PRE-COP29” tədbiri başlayıb.

Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər.

Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.

Tədbir iki gün davam edəcək.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …