Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanın Kəlbəcər bölgəsini qəsb etmiş ermənilər İrəvanda etiraz aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Kəlbəcər bölgəsini qəsb etmiş və Kəlbəcərdən İrəvana köçürülən ermənilər hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

Onlar evsizlikdən və baxımsızlıqdan şikayətlənir.

Dövlət məmurları ilə görüşməkdə israr edən etirazçılar, eyni zamanda Ermənistan hakimiyyətindən kompensasiya tələb edir.

Onlar arasında Qarabağdakı döyüş əməliyyatlarında iştirak edənlər də var.

Sakinlər bildirir ki, İrəvana köçürülmədən bir neçə saat öncə Kəlbəcərin Azərbaycanın nəzarəti altına keçməsi barədə xəbərdarlıq edilib. İndi Ermənistan hakimiyyətinin verdiyi yardım ev kirayələmək və kommunal xərcləri ödəmək üçün belə çatmır.

Aksiya iştirakçıları yerli özünüidarəetmə orqanlarının nümayəndələri və yüksək vəzifəli məmurların münasibətindən də narazıdırlar.

Kəlbəcər bölgəsini qəsb etmiş həmin ermənilər Ermənistanın indi boş qalan kəndlərinə yerləşməyə və orada kənd təsərrüfatını inkişaf etdirməyə hazır olduqlarını söyləyir.

Qeyd edək ki, Azərbaycan üçtərəfli bəyanat əsasında Kəlbəcərin boşaldılması üçün ermənilərə 15 gün vaxt tanımışdı.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …