Cümə , Sentyabr 11 2026
azfa

Azərbaycanın Tovuz bölgəsində qədim yaşayış məskəni tapıldı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tovuzda orta əsrlər mədəniyyətinə aid tikili və sultan körpüsü aşkarlanıb.

Rayonun Vedili kəndi ərazisində aşkarlanan maddi mədəniyyət nümunələrinin qalıqlarının raşdırmalar zamanı orta əsrlər mədəniyyətinə aid ev qalıqları da aşkarlanıb. İlkin tədiqatlara görə islam mədəniyyətinə aid olan tikililər ticarət yolunun üzərində inşa edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Fərhad Quliyev bildirib ki, yeni aşkarlanan əraziyə baxış keçilib, ilkin qazıntı işləri aparılıb və həmin ərazidə mühafizə zolağı yaradılıb:

“Burada türbə-məscid kompleksinin, XV əsrə aid “Sultan körpüsünün”, XVII əsrə aid qəbiristanlıq və yaşayış evinin aşkar edilməsi Azərbaycan xalqının qədim yaşayış yerini əks etdirən kompleksin olduğunu nümayiş etdirir.”

AMEA -nın şöbə müdiri əlavə edib ki, burada aşkar olunan ev daha çox diqqəti cəlb edir:

“Tapılan evin bünövrəsinin dərinliyi 60 santimetr, eni 80 santimetrdir. Burada arakəsmələr üçün taxtadan istifadə edilib və bu taxtalar da bir-birinə dəmir mıxlarla bərkidilib. Evin dam örtüyünün kərpicdən olması da tapılan qalıqlardan özünü biruzə verir.Sözügedən ərazinin uzunluğu 700 metrdir. Buranın təsərrüfat və ya digər məqsədlər üçün istifadə edilməməsi və dağıntılara məruz qalmaması üçün ərazinin mühafizə zolağı elan edilməsi labüddür.Bizim əsas rəyimiz budur ki, bu ərazi mütləq mühafizə edilməlidir. Mühafizə zolağının əraizisi genişləndirilməlidir. Gələcəkdə elmi araşdırmalar üçün şərait yaradılmalıdır ki, burada tədqiqatlar aparılsın.”

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Arxeologiya və Entoqrafiya İnsitutu ölkədə arxeoloji abidələrin mühafizəsi üçün qeydiyyatı və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayıb.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …