Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı ailə 70 gün hüquqi mübarizədən sonra övladına “Manas” adına doğum şəhadətnaməsi alıb

GADTB: Güney Azərbaycanın Germi bölgəsindən olan Höccət Dana 70 gün hüquqi mübarizədən sonra öz övladına “Manas” adına doğum haqqında şəhadətnamə ala bilib.

Höccət Dana Balamın Adı kampaniyasına bu barədə deyib: “Əvvəllər Makıda eyni ada doğum haqqında şəhadətnamə verilib, digər tərəfdən isə Manas adı ilə doğum haqqında şəhadətnamə almaq bizim haqqımızdır.”

Qeyd edək ki, uşaq 2024-cü il noyabrın 9-da dünyaya gəlib və valideynləri onun üçün Manas adını seçiblər. Lakin Germi Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin məsul şəxsləri adın “ad sistemində” olmadığını əsas gətirərək ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi əvvəllər də bu ada doğum haqqında şəhadətnamə verilməsi halları baş verib.

Dövlət qurumları doğum haqqında şəhadətnamə verilmiş adları “qadağan olunmuş adlar” siyahısında çıxarmalı olsalar da onlar bunu etmirlər. Nəticədə valideynlər hər dəfə eyni problemlə üzləşməli olurlar.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …