Azərbaycanlı ailə mübarizədən sonra övladına Türkay adına doğum şəhadətnaməsi ala biləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ailə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin qərarı ilə övladına Türkay adı ilə doğum şəhadətnaməsi ala biləcək.

Apellyasiya Məhkəməsinin çıxardığı hökmdə Türkay adının “qadağa olunmuş adlardan olmadığı” qeyd edilib.

Təbrizli vəkil Sina Yusufi bu barədə məlumat verib.

Yusifi Apellyasiya məkməsinin çıxardığı qərarın surətini öz tvitter hesabında paylaşıb.

Qeyd edək ki, Qeydiyyat İdarəsi Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində yaşayan ailənin övladına türkcə ad ilə doğum şəhadətnaməsi verməkdən imtina edib. Bundan sonra  ailə Mərənd şəhərinin ümumi məhkəməsinə şikayət edib.

Rejimin Mərənddəki məhkəməsi İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin lehinə qərar çıxardığı üçün ailə əyalətin Apellyasiya məhkəməsinə şikayət məktubu yazmağa məcbur olub.

Apellyasiya məhkəməsinin çıxardığı qərarda yazılıb: “Ad seçimi ərizəçinin qanuni hüquqlarından biridir. Seçilən ad isə qadağa olunmuş adlardan deyil və bundan əvvəl də qeydiyyatdan keçib. Bununla belə, ilkin məhkəmənin hökmünün ləğvinə və qeydiyyat idarəsinin Türkay adına doğum şəhadətnaməsi verməsinə qərar verilir”.

Qeyd edək ki, İran rejimi Azərbaycan türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadğan edib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …