Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı alpinist: “Bu qələbəmi Azərbaycana və azərbaycanlılara təqdim edirəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizli alpinist Səid Mirzayi Himalayda 8611 metr hündürlüklə dünyanın ikinci ən yüksək və ən təhlükəli qülləsi olan “K2” zirvəsinə dırmanıb.

Azərbaycanlı alpinist bununla bağlı paylaşım edərək yazıb: “Bu qələbəmi Azərbaycana və azərbaycanlılara təqdim edirəm”.

Səid Mirzayi dünyanın 7000 metrdən yüksək 6 zirvəsinə qalxdığı üçün beynəlxalq “Qar Qaplanı” tituluna layiq görülüb

O, bundan əvvəl Pamir və  Tanrı dağı (Tiyanşan) dağlarında 7000 metrlik zirvələrə qalxmağı tamamladığına görə, Rusiya Dağçılıq Federasiyası tərəfindən də mükafatlandırılıb.

“Qar Qaplanı” titulu Pamir və Tanrı dağlarında olan 7000 metrlik 5 zirvəyə qalxan alpinistlərə verilən beynəlxalq idman adıdır.

Video:

https://t.me/GADTB1/36712

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …