Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı alpinistlər Savalanın zirvəsində Urmiya gölü ilə bağlı aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alpinistlər diqqəti qurumaqda olan Urmiya gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün Savalan dağının zirvəsində aksiya keçiriblər.

Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan azərbaycanlı dağçılar orada Urmiya gölünün qurudulması və yaranacaq ekoloji fəlakəti əks etdirən bannerlər nümayiş etdirib, gölün dərhal bərpasını tələb ediblər.

Azərbaycanlı alpinistlər Savalan zirvəsində üzərində “Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayıbsınız. İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq” yazılmış baner açıblar.

Bununla yanaşı bir qrup azərbaycanlıə alpinist  İran adlanan yerdə ən hündür dağ olan Dəmavəndə qalxaraq üzərində “Urmu gölü susuzdur”, “Save Lake Urmia” palakatları qaldırıblar.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmu və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …