Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı ana: Əhərdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi oğlumun adını “Elman” əvəzinə “Əlman” yazıblar

GADTB: Azərbaycanlı ana Əhərdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin oğlunun adını “Elman” əvəzinə “Əlman” yazmasını tənqid edərək, deyib:  “Həqiqətən təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur”.

Azərbaycanlı körpənin anası Haniyə xanım “Balamın Adı” kampaniyasına bu barədə deyib: “Hamiləliyim zamanı yoldaşımla Təbrizə getdiyim səfərdə bu şəhərdə Elman adlı böyük bir kompleksin adı diqqətimizi çəkdi. Elman adı bizə çox melodiyalı və mənalı gəldi, ona görə də uşağımız üçün bu adı seçmək qərarına gəldik. Sonradan öyrəndik ki, Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsi eyni səsli türk adlarına doğum haqqında şəhadətnamə verilməsinə mane olur. 2025-ci il fevral 28-də, oğlumuz dünyaya gələndə həyat yoldaşım doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə getdi. Bir neçə saatdan sonra zəng edib dedi ki, məmurlar Elmanın adını doğum şəhadətnaməsinə Əlman olaraq qeyd ediblər. Biz bu iki adın fərqli məna daşımasına nə qədər etiraz etsək də, onlar etirazlarımıza məhəl qoymadılar. Əvvəlcə sistemin həmzə işarəsini qəbul etməyəcəyini dedilər, sonra da dedilər ki, 18 yaşı tamam olandan sonra şəxsiyyət vəsiqəsini dəyişib, istədiyi adda sənəd ala bilər. İndi biz kənar şəxslərin oğlumuza Alman deyib lağ etmələrindən narahatıq. Həqiqətən çox təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur.”

Son zamanlar rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin ad sistemində Elman, Eldar, Elana və Sevgi kimi “E” saiti ilə başlayan türk adları “seçilməz” olaraq göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, ancaq Faizə, Faiqə və Maidə kimi türkcə olmayan adlara isə doğum şəhadətnaməsi heç bir problemsiz verilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

https://t.me/GADTB1/41511

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …