Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı ekofəallar Xoy şəhərində Urmiya gölü və Araz çayı ilə bağlı aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində ekofəallar aksiya keçiriblər.

Aksiyaçılar “Urmu gölü can verir” adı altında keçirdikləri aksiyada şəhərin müxtəlif bölgələrini məişət tullantılarından təmizləyiblər.

“Yarpaq” Ətraf Mühit Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi həmdə əhalinin diqqətini Urmu gölünün acınacaqlı vəziyyətinə cəlb etmək olub.

Azərbaycanlı ekofəallar şüar və tələblərini aşağıda qeyd edildiyi kimi plakatlarda nümayiş etdiriblər:

“Urmu gölü can verir!

Su bəndlərindən Urmu gölünün su kvotasını verin!

Araz çayının çirklənməsi regionda xərçəng xəstəliyinin yaranması təhlükəsini artırır.

Xoydakı su böhranı siyasi oyunlarla həll olan deyil!

Plastik tullantılarla çirklənməni ciddi nəzarətə götürməliyik!”

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …