Cümə axşamı , Noyabr 5 2026
azfa

Azərbaycanlı fəal Əhəd Əlivənd girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Məlikkəndi sakini və sosial media fəalı Əhəd Əlivənd təxminən iki həftə əvvəl rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra 9 şəhrivər 1405-ci ildə girov müqabilində Marağa həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Qeyd edək ki, Əlivənd saxlanıldığı müddətdə Marağa həbsxanasında saxlanılıb və sosial media fəaliyyətinə görə ona “rejim əleyhinə təbliğat” ittihamı irəli sürülüb.

Azərbaycanlı fəal təxminən iki həftəlik həbsdən sonra işi üzrə məhkəmə araşdırması davam etdiyi müddətdə girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Türkiyə Prezidenti Cənubi Koreyanın texnologiya və sənaye şirkətlərinin rəhbərlərini qəbul edib

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seulda texnologiya, elektronika, …

Molla rejimi qədim Azərbaycan abidəsini özününküləşdirir

GADTB: İranın Ermənistandakı səfirliyi qədim Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy məscid haqqında videomaterial yayımlayıb. …