Azərbaycanlı fəal Əlirza Fərşiyə qarşı məhkəmə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran İnqilab Məhkəməsinin 23 saylı şöbəsində azərbaycanlı fəal Əlirza Fərşinin ittihamı ilə bağlı məhkəmə iclası keçirilib.

Şənbə günü keçirilən məhkəmə iclasında azərbaycanlı fəalın iştirakı olmadan Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsində cənab Fərşinin müdafiəçisi “Rejim əleyhinə təbliğat” ittihamı üzrə müvəkkilini müdafiə edib.

Bildirilir ki, kiber məkanda məzmun dərc etmək Əlirza Fərşiyə qarşı ittihamların nümunələrindən biridir.

Bu ilin yanvarında Baharistan Şəhər Prokurorluğunun birinci istintaq şöbəsi azərbaycanlı fəala çağırış vərəqəsi göndərib.

Bu ilin aprel ayında Mərənd şəhər Baş və İnqilab Prokurorluğunun dördüncü məhkəmə şöbəsi Baharistan şəhər prokurorluğu adından cənab Fərşinin dindirmə iclasını keçirdi.

Mərənd şəhərində yaşayan azərbaycanlı fəal Əlirza Fərşi Yekanlı keçmişdə də fəaliyyətinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …